Thursday, October 16, 2008
Google-un 7 marketinq qanunu
Sunday, October 5, 2008
Wal Mart niyə belə böyükdür?
ABŞ deyəndə ilk ağla gələn assosiasiyalar Coca-Cola, McDonalds, Ford, Microsoft, Google, Yahoo kimi brendlər olur. Ancaq ABŞ xaricində çox adam dövriyyəsinə və mənfəətinə görə bu şirkətlərin hamısından dəfələrlə böyük olan bir şirkəti çox adam tanımır.
- Wal Martın işçilərinin sayısı 2 milyon çoxdur ki, bu da ABŞ-ın ən böyük şirkəti deməkdir.
- Wal Mart ABŞ-ın 25 ştatında işçilərinin sayısına görə ən böyük quruluşdur.
- Wal Mart-da həmkarlar ittifaqı qurmaq qadağandır.
- Wal Mart-da satılan malların %70-i Çin istehsalıdır.
- Wal Mart ABŞ-ın Çindən idxalının %10-dən çoxu Wal Mart-ın payına düşür.
- Wal Mart-ın Çindən idxalatı Rusiyadan, Avstraliyadan və Kanadadan daha çoxdur
- Hər həftə ABŞ-ın hər üç sakinindən birisi mütləq Wal Mart-da olur.
- P&G şirkətinin qlobal satışının %17 Wal Mart-ın payına düşür.
Tuesday, September 2, 2008
I am back...
Ona görə də biraz gec-gec də olsa həftədə 1 analiz yazmağı fikirləşirəm.
Bu arada hamını Ramazan ayının gəlməsi münasibəti ilə təbrik edirəm.
Saturday, April 12, 2008
Redefining global strategy
Bügün axır ki, Pankaj Ghemawatın "Redefining global strategy" kitabını oxuyub qurtarabildim. Araya səfər hazırlıqlarının girməsi bu prosesi yaman uzatdı. Ancaq kitab da onu deyim ki,heç də fiction kateqoriyasına aid ediləcək bir kitab deyil. Hətta müəllif antitez olaraq yazdığı The world is flat kitabı barədə deyir "Mən 450 səhifəlik bir kitabda heç bir qrafik, cədvəl vəya istinad görmədim. Ona görə də bu kitabın elmi dəyəri barədə şübhələrim var".
Kitab barədə resenziya yazmaq fikrim yoxdur. Maraqlananlar üçün deyəbilərəm ki, kitab artıq qloballaşmanın başa çatdığı və bütün ölkələrdə eyni məhsulların satmağın mümkün olduğu, yerli fərqlərin artıq əhəmiyyətsiz olduğu barədə qlobalizasiya tərəfdarlarına tutarlı arqumentlərlə cavab verir. Məsələn, hal-hazırda dünyada olan sərmayənin yalnız %10 FDI (Foreign Direct İnvestment) şəklində xarici ölkələrə qoyulur. Məsələn dünyadakı internet trafikinin sadəcə %10 digər ölkələrin saytlarına yönəlib. Bütün bu faktlar qloballaşmanın hələ də aşağı səviyyədə olduğu və transmili şirkətlərin bu fərqləri nəzərə almazlarsa çətin vəziyyətə düşəbiləcəkləri qeyd olunur. Kitabda CAGE (Cultural, Administrative, Geographic, Economic) məsafələrin hələ də əhəmiyyətli olduğunu qeyd edir və hər birinə aid bir çox misallar gətirir. Yəni bu dörd sahə üzrə bənzərlik vəya fərqləri diqqətə almadan qloballaşmanın başa düşmək mümkün deyil.
Kitab əslində biznes məktəb professoru tərəfindən populyar oxucudan daha çox yüksək rütbəli menecerlər üçün nəzərdə tutulub. Bir jurnalist olan Thomas Friedmanın kitabından da fərqi buradadır.
Monday, March 24, 2008
Stiv Jobsdan həyat dərsləri
Tuesday, March 18, 2008
Cola müharibələri 2
Burada maraqlı olan tərəf nə üçün şirkətlərin yeni məhsulları artıq məhşur olan Coca-Cola və Pepsi brendləri altında deyil (Diet Pepsi xaric), yeni brendlərlə təqdim etməsidir. İstehlakçılarda şirkətlərin brendlərinin kola ilə əlaqəsi o qədər güclü idi ki, bu brend altında fərqli tərkibli və dadlı məhsulların təqdim olunması brendin unikallığını və fərdiliyini çox möhkəm zədələyəbilərdi. Çünkü insan beyni yaradılış etibarı ilə sadələştirməyi və kateqoriyalaşdırmayı sevir. İnsan yatanda onun beyni məhz gün ərzində daxil olan yeni məlumatların kateqoriyalaşdırması ilə məşğul olur. Ona görə də Coca-Cola brendinin həm kola, həm də portağal dadlı içki üçün istifadə olunması müştərinin beynində Coca-Cola brendinin identifikasiyasını çox çətinləşdirir. Eyni zamanda ABŞ-da kökəlmənin əsas səbəbi kimi kalorilərin göstərilməsi diet məhsulların ortaya çıxmasına səbəb oldu.
Bəs nə üçün Coca-Colanın Tab brendi ilə istehsal etdiyi azkalorili məhsul uğur qazanabilmədi, ancaq Diet Pepsi indi də hamı tərəfindən tanınır. Çünkü diet olsa da məhsul koladır. Yəni müştəri kola içmək istəyirdi, ancaq kalorilərdən çəkinirdisə, onda Diet Pepsi buna çarə idi. Deməli Pepsi brendindən istifadə burada müştərilərdə çaşqınlıq yaratmırdı.
(dərs 3: uğurlu brendinizin qədrini bilin)
Sunday, March 16, 2008
Cola müharibələri 1
Bu şirkətlər arasındakı rəqabətin başlanğıcı kimi 1975-ci ili qəbul etmək olar. Bu rəqabətin əsas meydanı ildə CSD (Carbonated Soft Drink) 66 milyard dollar böyüklüyü olan ABŞ bazarıdır.
1950-ci ildə Coca-Colanın marketinq meneceri işləyən Alfred Steele Pepsiyə CEO olaraq keçir. Hər halda Coca-Coladan ayrılmağı heç də yaxşı olmamışdı ki, Pepsiyə keçən kimi Coca-Colaya müharibə elan etdi. İkinci dünya müharibəsindən sonra ABŞ-da baby boomer fenomeninin başlaması ilə ailələrin və onlara xidmət edən super və hipermarketlərin sayısında böyülk artış oldu. Belə ki, 1945-ci ildə 10 000, 1955-ci ildə 1962-ci ildə isə 32 000 supermarket var idi. Bunun getdikçə böyüyəcəyini doğru təxmin edən Steele bazara ailələrin evdə içmək üçün alabiləcəkləri 2 lt butulkalarda Pepsinı bazara buraxdı. (dərs 2: marketinq meneceri macro və demografik dəyişmələri doğru qiymətləndirəbilməlidir.)
Cavab olaraq Donald Kendallın rəhbərlik etdiyi Pepsi 1953-cü ildə gəncləri və özünü gənc hissedənləri hədəfə alaraq ilk "Pepsi Generation" marketinq kampaniyasını başlatdı. O vaxta kimi Coca Colanın satışları Pepsidən 2 dəfə çox idi. Bu kampaniyadan sonra isə ilk dəfə bu nisbətin altına endi.
P.S. Düzdür, biraz gerilərdən başladım. Keçmişi bilmədən bügünü başa düşmək olmaz. (çox fəlsəfi oldu?)
to be continued...