Bügün axır ki, Pankaj Ghemawatın "Redefining global strategy" kitabını oxuyub qurtarabildim. Araya səfər hazırlıqlarının girməsi bu prosesi yaman uzatdı. Ancaq kitab da onu deyim ki,heç də fiction kateqoriyasına aid ediləcək bir kitab deyil. Hətta müəllif antitez olaraq yazdığı The world is flat kitabı barədə deyir "Mən 450 səhifəlik bir kitabda heç bir qrafik, cədvəl vəya istinad görmədim. Ona görə də bu kitabın elmi dəyəri barədə şübhələrim var".
Kitab barədə resenziya yazmaq fikrim yoxdur. Maraqlananlar üçün deyəbilərəm ki, kitab artıq qloballaşmanın başa çatdığı və bütün ölkələrdə eyni məhsulların satmağın mümkün olduğu, yerli fərqlərin artıq əhəmiyyətsiz olduğu barədə qlobalizasiya tərəfdarlarına tutarlı arqumentlərlə cavab verir. Məsələn, hal-hazırda dünyada olan sərmayənin yalnız %10 FDI (Foreign Direct İnvestment) şəklində xarici ölkələrə qoyulur. Məsələn dünyadakı internet trafikinin sadəcə %10 digər ölkələrin saytlarına yönəlib. Bütün bu faktlar qloballaşmanın hələ də aşağı səviyyədə olduğu və transmili şirkətlərin bu fərqləri nəzərə almazlarsa çətin vəziyyətə düşəbiləcəkləri qeyd olunur. Kitabda CAGE (Cultural, Administrative, Geographic, Economic) məsafələrin hələ də əhəmiyyətli olduğunu qeyd edir və hər birinə aid bir çox misallar gətirir. Yəni bu dörd sahə üzrə bənzərlik vəya fərqləri diqqətə almadan qloballaşmanın başa düşmək mümkün deyil.
Kitab əslində biznes məktəb professoru tərəfindən populyar oxucudan daha çox yüksək rütbəli menecerlər üçün nəzərdə tutulub. Bir jurnalist olan Thomas Friedmanın kitabından da fərqi buradadır.
Saturday, April 12, 2008
Redefining global strategy
Subscribe to:
Posts (Atom)