Showing posts with label thomas friedman. Show all posts
Showing posts with label thomas friedman. Show all posts

Saturday, April 12, 2008

Redefining global strategy

Bügün axır ki, Pankaj Ghemawatın "Redefining global strategy" kitabını oxuyub qurtarabildim. Araya səfər hazırlıqlarının girməsi bu prosesi yaman uzatdı. Ancaq kitab da onu deyim ki,heç də fiction kateqoriyasına aid ediləcək bir kitab deyil. Hətta müəllif antitez olaraq yazdığı The world is flat kitabı barədə deyir "Mən 450 səhifəlik bir kitabda heç bir qrafik, cədvəl vəya istinad görmədim. Ona görə də bu kitabın elmi dəyəri barədə şübhələrim var".
Kitab barədə resenziya yazmaq fikrim yoxdur. Maraqlananlar üçün deyəbilərəm ki, kitab artıq qloballaşmanın başa çatdığı və bütün ölkələrdə eyni məhsulların satmağın mümkün olduğu, yerli fərqlərin artıq əhəmiyyətsiz olduğu barədə qlobalizasiya tərəfdarlarına tutarlı arqumentlərlə cavab verir. Məsələn, hal-hazırda dünyada olan sərmayənin yalnız %10 FDI (Foreign Direct İnvestment) şəklində xarici ölkələrə qoyulur. Məsələn dünyadakı internet trafikinin sadəcə %10 digər ölkələrin saytlarına yönəlib. Bütün bu faktlar qloballaşmanın hələ də aşağı səviyyədə olduğu və transmili şirkətlərin bu fərqləri nəzərə almazlarsa çətin vəziyyətə düşəbiləcəkləri qeyd olunur. Kitabda CAGE (Cultural, Administrative, Geographic, Economic) məsafələrin hələ də əhəmiyyətli olduğunu qeyd edir və hər birinə aid bir çox misallar gətirir. Yəni bu dörd sahə üzrə bənzərlik vəya fərqləri diqqətə almadan qloballaşmanın başa düşmək mümkün deyil.

Kitab əslində biznes məktəb professoru tərəfindən populyar oxucudan daha çox yüksək rütbəli menecerlər üçün nəzərdə tutulub. Bir jurnalist olan Thomas Friedmanın kitabından da fərqi buradadır.

Tuesday, March 11, 2008

Qloballaşma vs. Yarım qloballaşma

Son illərdə dünyanın tamamən qloballaşdığı, artıq bütün dünyanı öz bazarı kimi fikirləşməyən şirkətlərin ayaqda qalmasının mümkün olmadığını hamı deyir. Şirkətlər bazarlara giriş strategiyalarını qurarkən artıq global strategiyalar qururlar. Dünyanın nə qədər qlobal olduğunu Hindistan IT outsourcing sektoru nümunəsində görən Thomas L. Friedman 2007-ci ildə The Economist jurnalının ilin ən yaxşı kitabı mükafatını alan The World is flat kitabında artıq dünyanın tamamən qloballaşdığını yazdı.

Bu iddianın qabağına Harvard Business School məzunu və Harvardın 25 yaşında ən gənc professoru ünvanını qazanan və hal-hazırda İspaniyanın IESE biznes məktəbində global strategiyadan dərs deyən hindli vunderkind Pankaj Ghemawat çıxdı. ABŞ-ın Foriegn Policy jurnalında yazdığı Why world isnt flat məqaləsində və Redefining Global Strategy adlı kitabında biznes dünyasının dünyanı tam globallaşmış görməsinin çox təhlükəli olduğunu və bunun böyük gəlir itkilərinə səbəb olacağını irəli sürür.

Pankaj Ghemawat öz teoriyasını və kitabını belə təqdim edir:




Hal-hazırda hər iki kitabı da oxuma prosesindəyəm. Oxuyandan sonra öz fikrimi də sizinlə bölüşəcəm burada.