Wednesday, March 12, 2008

Core competency

Çox fikirləşdim, ancaq Azərbaycan dilində bu terminin qarşılığını tapabilmədim. Core competency şirkətin rəqabət üstünlüyünü təşkil edən və şirkətin ən yaxşı bacardığı işlərdir. Bunu əslində insanlarda da müşahidə etmək olar. Məsələni bizim hər birimiz şəkil çəkəbilirik, ancaq çox azımızın şəklini qalereyalara nümayiş etdirərlər.

Şirkətlər də rəqabət edəbilmək üçün bu güclü bacarıqlarını (capabilities) müəyyən edib ortaya çıxarmalıdırlar. Core competency xaricində bütün funksiyaları outsourcing etmək olar, ancaq şirkət öz əsasını təşkil edən bacarıqlarını outsource etsə bu artıq onun iflası deməkdir. Məntiq belədir: "Əgər sizdən başqası eyni işi sizinlə eyni keyfiyyətdə və daha ucuz edəbilmirsə, onda bu sizin core competency-dir".

İlk dəfə Harvard Business Review jurnalındakı məqalədə 1990-cı ildə G.Hamel və C.K.Prahalad tərəfindən ortaya qoyulan ideya sonrakı dövrdə dünyada istehsal və şirkət strukturlarının radikal şəkildə dəyişməsinə səbəb olmuşdur. Bir çox şirkətlər ən yaxşı bacardıqları tərəflərini qoruyaraq yerdə qalan texniki, rutin işləri outsource etmişlərdir. (Outsourcing fenomenini başqa bir dəfə yazmağı fikirləşirəm). Məsələn bütün dünyada şirkətlər istehsallarını Çinə, IT xidmətlərini isə Hindistana outsource edərək özləri daha çox innovasiya və brendin inkişafı üzərində enerji sərf edirlər.

Məsələn Nike şirkəti demək olar ki, bütün istehsalını Çinə və İndoneziyaya keçirmişdir və beləliklə ancaq öz brendinin güclənməsi üçün çalışmaqdadır. Bu da ona rəqibləri qarşısında mühüm rəqabət üstünlüyü qazandırmışdir.

Bəs sizin şirkətin core competency nədir?

Tuesday, March 11, 2008

Porter Five Forces 2.0

Michael Porter Harvard Business School professorudur və biznes strategiyası sahəsində əsl qurudur (bizim dilnən əsl qoca "qurddur"). Marketinq üçün Filip Kotler nə isə biznes strategiya üçün də Porter odur.

Porteri bu səviyyəyə gəlməsində böyük rol oynayan onun bütün korporativ strategiya kitablarında mütləq yer alan Five Forces analizidir. Bu faktorlar şirkətin bazarda olan rəqabət gücünü təşkil edir. İlk dəfə Harvard Business Review jurnalında 1979 ildə yer alan məqaləni Michael Porter 2008-ci ilin yanvarında yenidən işləyərək təqdim etdi. Maraqlananlar üçün deyim ki, hər iki məqalə mak.az forumun kitabxanasında var.

Porterin strategiyasının yenilənməsini belə şərh edir:

Qloballaşma vs. Yarım qloballaşma

Son illərdə dünyanın tamamən qloballaşdığı, artıq bütün dünyanı öz bazarı kimi fikirləşməyən şirkətlərin ayaqda qalmasının mümkün olmadığını hamı deyir. Şirkətlər bazarlara giriş strategiyalarını qurarkən artıq global strategiyalar qururlar. Dünyanın nə qədər qlobal olduğunu Hindistan IT outsourcing sektoru nümunəsində görən Thomas L. Friedman 2007-ci ildə The Economist jurnalının ilin ən yaxşı kitabı mükafatını alan The World is flat kitabında artıq dünyanın tamamən qloballaşdığını yazdı.

Bu iddianın qabağına Harvard Business School məzunu və Harvardın 25 yaşında ən gənc professoru ünvanını qazanan və hal-hazırda İspaniyanın IESE biznes məktəbində global strategiyadan dərs deyən hindli vunderkind Pankaj Ghemawat çıxdı. ABŞ-ın Foriegn Policy jurnalında yazdığı Why world isnt flat məqaləsində və Redefining Global Strategy adlı kitabında biznes dünyasının dünyanı tam globallaşmış görməsinin çox təhlükəli olduğunu və bunun böyük gəlir itkilərinə səbəb olacağını irəli sürür.

Pankaj Ghemawat öz teoriyasını və kitabını belə təqdim edir:




Hal-hazırda hər iki kitabı da oxuma prosesindəyəm. Oxuyandan sonra öz fikrimi də sizinlə bölüşəcəm burada.

Nə üçün Shared Folders?

Bir çoxlarına qəribə bir ad kimi görünür yəqin ki. Hər bir intranetdə adətən Shared Folders qovluğu olur. Oraya hamı istədiyi faylı qoyabilir və istədiyi faylı da götürəbilir. Mən forumlara da bu məntiqlə baxıram. Yəni hərkəs oraya istədiyini göndərir və istədiyini də götürür. Ona görə də forumlarda bu nickdən istifadə edirəm.

P.S. Bloq yazmaq o qədər də asan deyilmiş :)

Salamlar

Ya Bismillah!

Mən bu bloqda sizinlə marketinq, brendinq, biznesin inkişafı, stratejik idarəetmə kimi mövzularda fikirlərimi paylaşmağa çalışacam.