Monday, March 24, 2008

Stiv Jobsdan həyat dərsləri

Stiv Jobsu tanımayan yəqin ki. yoxdur. Apple şirkətində başlayan karyerasını Pixar şirkətini quraraq davam etdirən, daha sonra batmaqda olan Apple şirkətinə geri dönərək onu yenidən unikal məhsulları ilə zirvəyə çıxardan şəxs. Stanford Universitetinin dərs ilinin başlanma mərasimində etdiyi çıxış. Bu videoda o həyatının üç hissəsi ilə əlaqədar öz fikirləriniz bölüşür. Çox maraqlıdır. Həyatda heç nəyin təsadüfən olmadığını, başımıza gələn hər hadisədə bir məna olduğunu, ona görə də qarşımıza çıxan çətinliklərdə ruhdan düşmək yerinə onların öhdəsindən gəlməyə çalışma və bu zaman öyrəndiklərimizin bir gün mütləq işimizə yarayacağını görmək....


Tuesday, March 18, 2008

Cola müharibələri 2

60-cı illər İkinci Dünya müharibəsindən zərər görmədən çıxmış ABŞ üçün iqtisadi böyümə illəri oldu. Bu da təbii ki, insanların tələbatlarını daha çeşidli olmasına səbəb oldu. Hər iki şirkət bazara yeni məhsullar və yeni qablaşdırmalar təqdim etməyə başladı. Coca-Cola bazara Fanta (1960), Sprite (1961) az kaloriyalı kola olan Tab (1963) kimi brendləri təqdim etdi. Cavab olaraq Pepsi Teem (1960), Mountain Dew (1964) və Diet Pepsi (1964) brendlərini müştərilərin ixtiyarına verdi. Eyni zamana hər iki şirkət geri qəbul edilməyən şüşə və 12 oz (330 ml) dəmir qablaşdırmalarını təqdim etdi.
Burada maraqlı olan tərəf nə üçün şirkətlərin yeni məhsulları artıq məhşur olan Coca-Cola və Pepsi brendləri altında deyil (Diet Pepsi xaric), yeni brendlərlə təqdim etməsidir. İstehlakçılarda şirkətlərin brendlərinin kola ilə əlaqəsi o qədər güclü idi ki, bu brend altında fərqli tərkibli və dadlı məhsulların təqdim olunması brendin unikallığını və fərdiliyini çox möhkəm zədələyəbilərdi. Çünkü insan beyni yaradılış etibarı ilə sadələştirməyi və kateqoriyalaşdırmayı sevir. İnsan yatanda onun beyni məhz gün ərzində daxil olan yeni məlumatların kateqoriyalaşdırması ilə məşğul olur. Ona görə də Coca-Cola brendinin həm kola, həm də portağal dadlı içki üçün istifadə olunması müştərinin beynində Coca-Cola brendinin identifikasiyasını çox çətinləşdirir. Eyni zamanda ABŞ-da kökəlmənin əsas səbəbi kimi kalorilərin göstərilməsi diet məhsulların ortaya çıxmasına səbəb oldu.
Bəs nə üçün Coca-Colanın Tab brendi ilə istehsal etdiyi azkalorili məhsul uğur qazanabilmədi, ancaq Diet Pepsi indi də hamı tərəfindən tanınır. Çünkü diet olsa da məhsul koladır. Yəni müştəri kola içmək istəyirdi, ancaq kalorilərdən çəkinirdisə, onda Diet Pepsi buna çarə idi. Deməli Pepsi brendindən istifadə burada müştərilərdə çaşqınlıq yaratmırdı.
(dərs 3: uğurlu brendinizin qədrini bilin)


Sunday, March 16, 2008

Cola müharibələri 1

Dünyada bəlkə də Coca-ColaPepsi-Cola şirkətləri arasında gedən mübarizədən daha çox diqqəti cəlb edən, uzunmüddətli və miqyaslı bir biznes rəqabəti göstərmək mümkün deyil. Əslində şirkətlərin özləri bundan narazı deyil. Pepsinin CEO-larından biri olan Roger Enrico deyirdi: "Bizim aramızda olan müharibə yox, mübarizə kimi başa düşülməlidir. Coca-Cola olmasaydı, Pepsinın canlı və orijinal bir şirkət olması mümkün olmazdı. Onlar nə qədər müvəfəqiyyət qazanırlarsa, biz də o qədər bacarıqlı olmalıyıq. Məncə Coca-Cola da Pepsi var olması üçün dua ederdi. Yəqin ki, Coca-Cola menecerləri mənimlə razılaşarlar ki, Coca-Colanın uğurunun arxasında duran başlıca faktorlardan biri də elə Pepsinin varlığıdır." (dərs 1: rəqabət heç də qorxulu bir şey deyil)


Bu şirkətlər arasındakı rəqabətin başlanğıcı kimi 1975-ci ili qəbul etmək olar. Bu rəqabətin əsas meydanı ildə CSD (Carbonated Soft Drink) 66 milyard dollar böyüklüyü olan ABŞ bazarıdır.

1950-ci ildə Coca-Colanın marketinq meneceri işləyən Alfred Steele Pepsiyə CEO olaraq keçir. Hər halda Coca-Coladan ayrılmağı heç də yaxşı olmamışdı ki, Pepsiyə keçən kimi Coca-Colaya müharibə elan etdi. İkinci dünya müharibəsindən sonra ABŞ-da baby boomer fenomeninin başlaması ilə ailələrin və onlara xidmət edən super və hipermarketlərin sayısında böyülk artış oldu. Belə ki, 1945-ci ildə 10 000, 1955-ci ildə 1962-ci ildə isə 32 000 supermarket var idi. Bunun getdikçə böyüyəcəyini doğru təxmin edən Steele bazara ailələrin evdə içmək üçün alabiləcəkləri 2 lt butulkalarda Pepsinı bazara buraxdı. (dərs 2: marketinq meneceri macro və demografik dəyişmələri doğru qiymətləndirəbilməlidir.)

Cavab olaraq Donald Kendallın rəhbərlik etdiyi Pepsi 1953-cü ildə gəncləri və özünü gənc hissedənləri hədəfə alaraq ilk "Pepsi Generation" marketinq kampaniyasını başlatdı. O vaxta kimi Coca Colanın satışları Pepsidən 2 dəfə çox idi. Bu kampaniyadan sonra isə ilk dəfə bu nisbətin altına endi.


P.S. Düzdür, biraz gerilərdən başladım. Keçmişi bilmədən bügünü başa düşmək olmaz. (çox fəlsəfi oldu?)

to be continued...

Wednesday, March 12, 2008

Core competency

Çox fikirləşdim, ancaq Azərbaycan dilində bu terminin qarşılığını tapabilmədim. Core competency şirkətin rəqabət üstünlüyünü təşkil edən və şirkətin ən yaxşı bacardığı işlərdir. Bunu əslində insanlarda da müşahidə etmək olar. Məsələni bizim hər birimiz şəkil çəkəbilirik, ancaq çox azımızın şəklini qalereyalara nümayiş etdirərlər.

Şirkətlər də rəqabət edəbilmək üçün bu güclü bacarıqlarını (capabilities) müəyyən edib ortaya çıxarmalıdırlar. Core competency xaricində bütün funksiyaları outsourcing etmək olar, ancaq şirkət öz əsasını təşkil edən bacarıqlarını outsource etsə bu artıq onun iflası deməkdir. Məntiq belədir: "Əgər sizdən başqası eyni işi sizinlə eyni keyfiyyətdə və daha ucuz edəbilmirsə, onda bu sizin core competency-dir".

İlk dəfə Harvard Business Review jurnalındakı məqalədə 1990-cı ildə G.HamelC.K.Prahalad tərəfindən ortaya qoyulan ideya sonrakı dövrdə dünyada istehsal və şirkət strukturlarının radikal şəkildə dəyişməsinə səbəb olmuşdur. Bir çox şirkətlər ən yaxşı bacardıqları tərəflərini qoruyaraq yerdə qalan texniki, rutin işləri outsource etmişlərdir. (Outsourcing fenomenini başqa bir dəfə yazmağı fikirləşirəm). Məsələn bütün dünyada şirkətlər istehsallarını Çinə, IT xidmətlərini isə Hindistana outsource edərək özləri daha çox innovasiya və brendin inkişafı üzərində enerji sərf edirlər.

Məsələn Nike şirkəti demək olar ki, bütün istehsalını Çinə və İndoneziyaya keçirmişdir və beləliklə ancaq öz brendinin güclənməsi üçün çalışmaqdadır. Bu da ona rəqibləri qarşısında mühüm rəqabət üstünlüyü qazandırmışdir.

Bəs sizin şirkətin core competency nədir?

Tuesday, March 11, 2008

Porter Five Forces 2.0

Michael Porter Harvard Business School professorudur və biznes strategiyası sahəsində əsl qurudur (bizim dilnən əsl qoca "qurddur"). Marketinq üçün Filip Kotler nə isə biznes strategiya üçün də Porter odur.

Porteri bu səviyyəyə gəlməsində böyük rol oynayan onun bütün korporativ strategiya kitablarında mütləq yer alan Five Forces analizidir. Bu faktorlar şirkətin bazarda olan rəqabət gücünü təşkil edir. İlk dəfə Harvard Business Review jurnalında 1979 ildə yer alan məqaləni Michael Porter 2008-ci ilin yanvarında yenidən işləyərək təqdim etdi. Maraqlananlar üçün deyim ki, hər iki məqalə mak.az forumun kitabxanasında var.

Porterin strategiyasının yenilənməsini belə şərh edir:

Qloballaşma vs. Yarım qloballaşma

Son illərdə dünyanın tamamən qloballaşdığı, artıq bütün dünyanı öz bazarı kimi fikirləşməyən şirkətlərin ayaqda qalmasının mümkün olmadığını hamı deyir. Şirkətlər bazarlara giriş strategiyalarını qurarkən artıq global strategiyalar qururlar. Dünyanın nə qədər qlobal olduğunu Hindistan IT outsourcing sektoru nümunəsində görən Thomas L. Friedman 2007-ci ildə The Economist jurnalının ilin ən yaxşı kitabı mükafatını alan The World is flat kitabında artıq dünyanın tamamən qloballaşdığını yazdı.

Bu iddianın qabağına Harvard Business School məzunu və Harvardın 25 yaşında ən gənc professoru ünvanını qazanan və hal-hazırda İspaniyanın IESE biznes məktəbində global strategiyadan dərs deyən hindli vunderkind Pankaj Ghemawat çıxdı. ABŞ-ın Foriegn Policy jurnalında yazdığı Why world isnt flat məqaləsində və Redefining Global Strategy adlı kitabında biznes dünyasının dünyanı tam globallaşmış görməsinin çox təhlükəli olduğunu və bunun böyük gəlir itkilərinə səbəb olacağını irəli sürür.

Pankaj Ghemawat öz teoriyasını və kitabını belə təqdim edir:




Hal-hazırda hər iki kitabı da oxuma prosesindəyəm. Oxuyandan sonra öz fikrimi də sizinlə bölüşəcəm burada.

Nə üçün Shared Folders?

Bir çoxlarına qəribə bir ad kimi görünür yəqin ki. Hər bir intranetdə adətən Shared Folders qovluğu olur. Oraya hamı istədiyi faylı qoyabilir və istədiyi faylı da götürəbilir. Mən forumlara da bu məntiqlə baxıram. Yəni hərkəs oraya istədiyini göndərir və istədiyini də götürür. Ona görə də forumlarda bu nickdən istifadə edirəm.

P.S. Bloq yazmaq o qədər də asan deyilmiş :)

Salamlar

Ya Bismillah!

Mən bu bloqda sizinlə marketinq, brendinq, biznesin inkişafı, stratejik idarəetmə kimi mövzularda fikirlərimi paylaşmağa çalışacam.