Çox fikirləşdim, ancaq Azərbaycan dilində bu terminin qarşılığını tapabilmədim. Core competency şirkətin rəqabət üstünlüyünü təşkil edən və şirkətin ən yaxşı bacardığı işlərdir. Bunu əslində insanlarda da müşahidə etmək olar. Məsələni bizim hər birimiz şəkil çəkəbilirik, ancaq çox azımızın şəklini qalereyalara nümayiş etdirərlər.
Şirkətlər də rəqabət edəbilmək üçün bu güclü bacarıqlarını (capabilities) müəyyən edib ortaya çıxarmalıdırlar. Core competency xaricində bütün funksiyaları outsourcing etmək olar, ancaq şirkət öz əsasını təşkil edən bacarıqlarını outsource etsə bu artıq onun iflası deməkdir. Məntiq belədir: "Əgər sizdən başqası eyni işi sizinlə eyni keyfiyyətdə və daha ucuz edəbilmirsə, onda bu sizin core competency-dir".
İlk dəfə Harvard Business Review jurnalındakı məqalədə 1990-cı ildə G.Hamel və C.K.Prahalad tərəfindən ortaya qoyulan ideya sonrakı dövrdə dünyada istehsal və şirkət strukturlarının radikal şəkildə dəyişməsinə səbəb olmuşdur. Bir çox şirkətlər ən yaxşı bacardıqları tərəflərini qoruyaraq yerdə qalan texniki, rutin işləri outsource etmişlərdir. (Outsourcing fenomenini başqa bir dəfə yazmağı fikirləşirəm). Məsələn bütün dünyada şirkətlər istehsallarını Çinə, IT xidmətlərini isə Hindistana outsource edərək özləri daha çox innovasiya və brendin inkişafı üzərində enerji sərf edirlər.
Məsələn Nike şirkəti demək olar ki, bütün istehsalını Çinə və İndoneziyaya keçirmişdir və beləliklə ancaq öz brendinin güclənməsi üçün çalışmaqdadır. Bu da ona rəqibləri qarşısında mühüm rəqabət üstünlüyü qazandırmışdir.
Bəs sizin şirkətin core competency nədir?
Wednesday, March 12, 2008
Core competency
Labels:
core competency,
hamel,
harvard business review,
nike,
outsourcing,
prahalad
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment