Saturday, April 12, 2008

Redefining global strategy

Bügün axır ki, Pankaj Ghemawatın "Redefining global strategy" kitabını oxuyub qurtarabildim. Araya səfər hazırlıqlarının girməsi bu prosesi yaman uzatdı. Ancaq kitab da onu deyim ki,heç də fiction kateqoriyasına aid ediləcək bir kitab deyil. Hətta müəllif antitez olaraq yazdığı The world is flat kitabı barədə deyir "Mən 450 səhifəlik bir kitabda heç bir qrafik, cədvəl vəya istinad görmədim. Ona görə də bu kitabın elmi dəyəri barədə şübhələrim var".
Kitab barədə resenziya yazmaq fikrim yoxdur. Maraqlananlar üçün deyəbilərəm ki, kitab artıq qloballaşmanın başa çatdığı və bütün ölkələrdə eyni məhsulların satmağın mümkün olduğu, yerli fərqlərin artıq əhəmiyyətsiz olduğu barədə qlobalizasiya tərəfdarlarına tutarlı arqumentlərlə cavab verir. Məsələn, hal-hazırda dünyada olan sərmayənin yalnız %10 FDI (Foreign Direct İnvestment) şəklində xarici ölkələrə qoyulur. Məsələn dünyadakı internet trafikinin sadəcə %10 digər ölkələrin saytlarına yönəlib. Bütün bu faktlar qloballaşmanın hələ də aşağı səviyyədə olduğu və transmili şirkətlərin bu fərqləri nəzərə almazlarsa çətin vəziyyətə düşəbiləcəkləri qeyd olunur. Kitabda CAGE (Cultural, Administrative, Geographic, Economic) məsafələrin hələ də əhəmiyyətli olduğunu qeyd edir və hər birinə aid bir çox misallar gətirir. Yəni bu dörd sahə üzrə bənzərlik vəya fərqləri diqqətə almadan qloballaşmanın başa düşmək mümkün deyil.

Kitab əslində biznes məktəb professoru tərəfindən populyar oxucudan daha çox yüksək rütbəli menecerlər üçün nəzərdə tutulub. Bir jurnalist olan Thomas Friedmanın kitabından da fərqi buradadır.

4 comments:

Vüsal Qəmbərov said...

İndi gel bundan sonra bu kitabı oxuma :)

Bele görürem The World is Not Flat meqalesinin kitab halına salınmış versiyasıdı. Ya da tersine...

Rambleri misal vermesinden sonra Gemawata hörmetim artmışdı onsuz :)

Shared Folders said...

Əslində kitabda bir çox konkret strategiyalar da var, ancaq bunlar daha çox şirkətlərə yönəlik olduğu üçün burada çox bəhsedilmədi. Məni əsas maraqlandıran aspekt Azərbaycan şirkətlərinin, məsələn bankların qlobalizasiya ilə necə başa çıxacaqlarıdır.
Milli Bankın həyata keçirdiyi qatı proteksionist siyasət onların sabit bir şəraitdə fəaliyyət göstərmələrini təmin edir. Ancaq artıq deyəsən bu da mümkün olmur. Son dövrlərdə bir-biri ardınca xarici, hətta gürcü banklarının da Azərbaycanda fəaliyyətə keçdiyini görürük.

Vüsal Qəmbərov said...

Bütün dünya FLAT olsa Azərbaycanın bu mərəzdən canını qurtaracağına inanır biriləri deyəsən...

Qloablizasiya da qərar verə bilmir e tamamlansın yoxsa yox :) Biz də işimizi bilərdik...

Amma belə bir şey də var ki. Kapital qloballaşır. Ona görə banklar ayağını denk alsın gərək. Yoxsa Azərsuna həmişə çörək olacaq...

P.S. Shared imkan varsa bu hərf doğrulamanı yığışdır...

Aygün İslamzadə said...

Eline sagliq o Pankaj kimdise onun. Mende ele dushunurem, makroekonomik prosesler ne qeder suretlenerse bele, hele tamamen qloballashmaga ve Fridman dediyi kimi yasti bir dunya emele getirmemize chox var. mesele de esasen keyfiyyet deyil de, seviyyedir. Bu da oyrendiyiklerimizin normal tetbiqine mane olur.
BU arada Cage nedir onu da oyrendim. Men de kitabxana zenn etmishdim :)