Dünyada bəlkə də Coca-Cola və Pepsi-Cola şirkətləri arasında gedən mübarizədən daha çox diqqəti cəlb edən, uzunmüddətli və miqyaslı bir biznes rəqabəti göstərmək mümkün deyil. Əslində şirkətlərin özləri bundan narazı deyil. Pepsinin CEO-larından biri olan Roger Enrico deyirdi: "Bizim aramızda olan müharibə yox, mübarizə kimi başa düşülməlidir. Coca-Cola olmasaydı, Pepsinın canlı və orijinal bir şirkət olması mümkün olmazdı. Onlar nə qədər müvəfəqiyyət qazanırlarsa, biz də o qədər bacarıqlı olmalıyıq. Məncə Coca-Cola da Pepsi var olması üçün dua ederdi. Yəqin ki, Coca-Cola menecerləri mənimlə razılaşarlar ki, Coca-Colanın uğurunun arxasında duran başlıca faktorlardan biri də elə Pepsinin varlığıdır." (dərs 1: rəqabət heç də qorxulu bir şey deyil)
Bu şirkətlər arasındakı rəqabətin başlanğıcı kimi 1975-ci ili qəbul etmək olar. Bu rəqabətin əsas meydanı ildə CSD (Carbonated Soft Drink) 66 milyard dollar böyüklüyü olan ABŞ bazarıdır.
1950-ci ildə Coca-Colanın marketinq meneceri işləyən Alfred Steele Pepsiyə CEO olaraq keçir. Hər halda Coca-Coladan ayrılmağı heç də yaxşı olmamışdı ki, Pepsiyə keçən kimi Coca-Colaya müharibə elan etdi. İkinci dünya müharibəsindən sonra ABŞ-da baby boomer fenomeninin başlaması ilə ailələrin və onlara xidmət edən super və hipermarketlərin sayısında böyülk artış oldu. Belə ki, 1945-ci ildə 10 000, 1955-ci ildə 1962-ci ildə isə 32 000 supermarket var idi. Bunun getdikçə böyüyəcəyini doğru təxmin edən Steele bazara ailələrin evdə içmək üçün alabiləcəkləri 2 lt butulkalarda Pepsinı bazara buraxdı. (dərs 2: marketinq meneceri macro və demografik dəyişmələri doğru qiymətləndirəbilməlidir.)
Cavab olaraq Donald Kendallın rəhbərlik etdiyi Pepsi 1953-cü ildə gəncləri və özünü gənc hissedənləri hədəfə alaraq ilk "Pepsi Generation" marketinq kampaniyasını başlatdı. O vaxta kimi Coca Colanın satışları Pepsidən 2 dəfə çox idi. Bu kampaniyadan sonra isə ilk dəfə bu nisbətin altına endi.
P.S. Düzdür, biraz gerilərdən başladım. Keçmişi bilmədən bügünü başa düşmək olmaz. (çox fəlsəfi oldu?)
to be continued...
Subscribe to:
Post Comments (Atom)
3 comments:
Shared bele görürem rıvoku geniş götürmüsen :) Hele Michael Jacksona sıra gelmiyib:) Pepsi ile Coca Cola'nın markt. comm. startegiyaları vs. vi.
Son iki ili ise sebrsizlikle gözleyirem...
Senin yazını şerh elemek üçünse evvelce PHD bitmelidi:) Müsahibe vermekden daha çetin bir işdi bu :)
Belke yeri deyil amma senin Sage'e elin çatır? Mene Dabholkar and co.nun RSQS'u lazımdı... Özü de tecili :(
Ela movzudur. Sonraki hissesini ve dersleri gormek umidindeyem.
Bir mesele var, forumda biri yazmishdi ki, COlanin ve Pepsinin yaradicilari eyni adamlardir ve bashdan sirf yalanchi reqabet namine bashladilib bu ish. Sozun duzu, ne qeder qeyri adi olsa da mence bu sozlerde nese var. Siz bu haqda ne dushunursunuz?
vusal,
Sage-e access var. materialın dəqiq adını göndər.
aygun,
olabilər, olmayadabilər.
Post a Comment