Tuesday, March 18, 2008

Cola müharibələri 2

60-cı illər İkinci Dünya müharibəsindən zərər görmədən çıxmış ABŞ üçün iqtisadi böyümə illəri oldu. Bu da təbii ki, insanların tələbatlarını daha çeşidli olmasına səbəb oldu. Hər iki şirkət bazara yeni məhsullar və yeni qablaşdırmalar təqdim etməyə başladı. Coca-Cola bazara Fanta (1960), Sprite (1961) az kaloriyalı kola olan Tab (1963) kimi brendləri təqdim etdi. Cavab olaraq Pepsi Teem (1960), Mountain Dew (1964) və Diet Pepsi (1964) brendlərini müştərilərin ixtiyarına verdi. Eyni zamana hər iki şirkət geri qəbul edilməyən şüşə və 12 oz (330 ml) dəmir qablaşdırmalarını təqdim etdi.
Burada maraqlı olan tərəf nə üçün şirkətlərin yeni məhsulları artıq məhşur olan Coca-Cola və Pepsi brendləri altında deyil (Diet Pepsi xaric), yeni brendlərlə təqdim etməsidir. İstehlakçılarda şirkətlərin brendlərinin kola ilə əlaqəsi o qədər güclü idi ki, bu brend altında fərqli tərkibli və dadlı məhsulların təqdim olunması brendin unikallığını və fərdiliyini çox möhkəm zədələyəbilərdi. Çünkü insan beyni yaradılış etibarı ilə sadələştirməyi və kateqoriyalaşdırmayı sevir. İnsan yatanda onun beyni məhz gün ərzində daxil olan yeni məlumatların kateqoriyalaşdırması ilə məşğul olur. Ona görə də Coca-Cola brendinin həm kola, həm də portağal dadlı içki üçün istifadə olunması müştərinin beynində Coca-Cola brendinin identifikasiyasını çox çətinləşdirir. Eyni zamanda ABŞ-da kökəlmənin əsas səbəbi kimi kalorilərin göstərilməsi diet məhsulların ortaya çıxmasına səbəb oldu.
Bəs nə üçün Coca-Colanın Tab brendi ilə istehsal etdiyi azkalorili məhsul uğur qazanabilmədi, ancaq Diet Pepsi indi də hamı tərəfindən tanınır. Çünkü diet olsa da məhsul koladır. Yəni müştəri kola içmək istəyirdi, ancaq kalorilərdən çəkinirdisə, onda Diet Pepsi buna çarə idi. Deməli Pepsi brendindən istifadə burada müştərilərdə çaşqınlıq yaratmırdı.
(dərs 3: uğurlu brendinizin qədrini bilin)


3 comments:

Vüsal Qəmbərov said...

Meqalenin linki http://jam.sagepub.com/cgi/content/abstract/24/1/3

Gözleyirem...

Cola Wars haqqında hele çox oxuyacagıq kimi gelir mene... Ela...

Aygün İslamzadə said...

Mene ise esasen Nestea ve LIpton ICED tea qarshidurmasi maraqlidir. Yeqin hami bilir niye:)))

Vüsal Qəmbərov said...

Shared meqaleni tapdım sağ ol. Bu haqqım qalsın sonraya ;)