Son illərdə dünyanın tamamən qloballaşdığı, artıq bütün dünyanı öz bazarı kimi fikirləşməyən şirkətlərin ayaqda qalmasının mümkün olmadığını hamı deyir. Şirkətlər bazarlara giriş strategiyalarını qurarkən artıq global strategiyalar qururlar. Dünyanın nə qədər qlobal olduğunu Hindistan IT outsourcing sektoru nümunəsində görən Thomas L. Friedman 2007-ci ildə The Economist jurnalının ilin ən yaxşı kitabı mükafatını alan The World is flat kitabında artıq dünyanın tamamən qloballaşdığını yazdı.
Bu iddianın qabağına Harvard Business School məzunu və Harvardın 25 yaşında ən gənc professoru ünvanını qazanan və hal-hazırda İspaniyanın IESE biznes məktəbində global strategiyadan dərs deyən hindli vunderkind Pankaj Ghemawat çıxdı. ABŞ-ın Foriegn Policy jurnalında yazdığı Why world isnt flat məqaləsində və Redefining Global Strategy adlı kitabında biznes dünyasının dünyanı tam globallaşmış görməsinin çox təhlükəli olduğunu və bunun böyük gəlir itkilərinə səbəb olacağını irəli sürür.
Pankaj Ghemawat öz teoriyasını və kitabını belə təqdim edir:
Hal-hazırda hər iki kitabı da oxuma prosesindəyəm. Oxuyandan sonra öz fikrimi də sizinlə bölüşəcəm burada.
Tuesday, March 11, 2008
Qloballaşma vs. Yarım qloballaşma
Labels:
global,
pankaj ghemawat,
strategy,
thomas friedman,
world is flat
Subscribe to:
Post Comments (Atom)
4 comments:
The world is Flati oxumusham..Digerini de tapsam oxuyacam..Muzakire ederik..Blogun xeyirli olsun Shared...Sevindim...
Salam. Blogun mübarek Shared! Marketingden elave strategic management barede yazacağını bilende de çox sevindim. Maraq ve ixtisas daireme daha yaxındır oa göre. Globalizm barede evveller birbirinden ferqli düüçünceleri ortaya qoyan Alvin Toffler,Paul Krugman, Stiglitz ve s. mene maraglı gelirdi. Yazdığınız bu kitabları elde edib oxumaq isterdim...
Hörmetle,
Cebrayil
xoş sözlər üçün sağolun. nəsə maraqlandıran mövzu olsa deyin.
Bloqun mubarek, Shared!
Post a Comment